
Məhşur kino ulduzları Al Paçino və Entoni Xopkinsin rol aldığı film iflasa uğrayıb.
Gununsesi.info-nun xarici mətbuata istinadən verdiyi xəbərə görə məhşur aktyorların rol aldığı “Misconduct” yəni “Yalandan daha pis” adlı film kirayədən cəmi 97 funt gəlir əldə edib.
Rusiyada film 5 kinoteatrda nümayiş olunub, ekran əsərinə baxmaq istəyənlərin sayı isə 4 nəfər olub. Hər kinoteatr cəmi 19,4 funt əldə edib.
Tənqidçilər isə filmi qeyri-kafi qiymətləndirərək deyiblər:
”Bu filmi yalnız kino məktəblərində tələbələrə göstərərək demək lazımdır ki, belə bir film çəkmək olmaz”.
Sevinc Xeyrulla
Gununsesi.info