“Hamısından xəbərimiz olacaq” – Cavid Qurbanov

  • By admin
  • 09 İyun 2016 15:56

Gurbanov Javid Railway

“Növbəti ildən “Azərdəmiryol”da bütün mühasibat uçotu elektorn idarəetmə vasitəsi ilə həyata keçriləcək”. Gununsesi.info xəbər verir ki, bunu “Azərdəmiryol” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda dəmiryol sistemində biletlərin satışı eletron onlayn sistemi ilə həyata keçirilir: “İstənilən şəxs internet vasitəsi ilə harada yaşamağından və olmasından asılı olmayaraq istədiyi yerə bileti sifari edib ala bilər. Və bu məsələdə hər hansı problem yoxdur. Bundan ötəri harasa getməyə ehtiyac yoxdur”. C. Qurbanov deyib ki, 2017-ci ilin əvvəlindən etibarən “Azərdəmiryol”da bütüb mühasibat uçotu elektron idarəetmə sisteminə keçiləcək. “Azdəmiryol” QSC sədrinin sözlərinə görə, dəmiryol sistemində idarəetmənin daha da effektli həyata keçrilməsi üçün tədbirlər planı davam etdirilməkdədir: “Belə ki, növbəti ildən etibarən “Azərdəmiryol” yük vaqonlarının idarə olunmasında CPRS sistemindən istifadə edəcək. Biz bu yolla yük vaqonlarımızın yerini müəyyən edəcəyik ki, onlar haradadır. Bu vasitə ilə biləcəyik ki, elektrovozlar hansı stansiyada və yolda hərəkət edir ya yox, Gecikmənin səbəblərini biləcəyik. Nə qədər yanacaq, elektrik enerjisi sərf edib. Hamısından xəbərimiz olacaq.”