Alla Puqaçovanın səhhəti pisləşdi

  • By admin
  • 11 Avqust 2017 16:54

alla

Rusiyalı müğənni Alla Puqaçovanın səhhəti pisləşib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ifaçının yaxın dostu Aleksandr Buynov məlumat verib.

Onun sözlərinə görə, Alla Puqaçovanın “Şən uşaqlar” qrupunun solisti Pavel Slobodkinin dəfn mərasiminə qatılmasına səhhəti imkan verməyib.

Buynov Puqaçovanın səhhətində hansı problemin olduğunu açıqlamayıb.

Rusiyanın məşhur estrada ulduzu, xalq artisti Alla Puqaçova 1949-cu ildə Moskvada anadan olub.

Gununsesi.info