Almaniya 300 nəfər azərbaycanlını deportasiya etdi

  • By admin
  • 28 Noyabr 2019 13:24

Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.

Gununsesi.org–un verdiyi xəbərə görə, son iki həftə ərzində sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.

Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları gecə saatlarında onları Münhen hava limanına aparıblar.

Qeyd edək ki, deport olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdirlər.

Gununsesi.org