Almaniya kansleri Co Baydenlə görüşdən imtina edib

  • By admin
  • 21 Yanvar 2022 20:26

Almaniyanın baş naziri Olaf Şolts ABŞ prezidenti Co Baydenin Ukraynadakı situasiyanı müzakirə etməklə bağlı görüş təklifini geri çevirib.

Gununsesi.info xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Olaf Şoltsun ətrafı bunu kanslerin işlərinin çoxluğu ilə izah edib. Jurnalın informasiyasına əsasən, tərəflər görüşün başqa bir tarixə keçirilməsi barədə razılığa gəliblər. Maraqlıdır ki, Almaniya hökuməti görüşdən imtina barədə çıxan xəbərləri şərh etməkdən boyun qaçırıb.

Olaf Şoltsun Co Baydeni rədd etdiyi bir vaxtda bu ilin yanvar ayının 25-də Fransa prezidenti Emmanuel Makronla görüş planlaması diqqət çəkib. İki liderin iqtisaidyyat, iqlim dəyişikliyi, habelə Almaniyanın 2022-ci ildə G7 ölkələrinə sədrliyi ilə bağlı məsələləri müzakirə etməsi gözlənilir.

 

 

Gununsesi.info