Almaniya prezidenti koronaya yoluxdu

  • By admin
  • 22 Mart 2022 20:31

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və onun həyat yoldaşı Elke Byudenbenderq koronavirusa yoluxub.

Gununsesi.info  xəbər verir ki, bu barədə Almaniya prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Simptomlar yüngüldür. Prezident və həyat yoldaşı dərhal evdə karantinə alınıblar. Yaxın təmasda olan hər kəsə məlumat verilib”, – deyə bildirilib.

Gununsesi.info