Almaniya: Putin beynəlxalq məhkəmədə mühakimə edilməlidir

  • By admin
  • 17 Yanvar 2023 15:52

Almaniyanın XİN başçısı Analena Baerbok qlobal ictimaiyyətin Ukraynaya yönəlik “işğal” səbəbi ilə Rusiya dövlət başçısı Vladimir Putinin və digər yüksək vəzifəlilərin mühakiməsi üçün özəl bir məhkəmə qurulmasını tələb edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bazar ertəsi Lahey Ölkələrarası Hüquq Akademiyasında etdiyi çıxışında “Putin hücumkarlığının nəticəsiz qalmayacağını bilməlidir”, deyib.

Rus liderlərin yarğılanması üçün Ukrayna cəza hüququnun təməlini əsas alan bir məhkəmə qurulması ilə bağlı bu ölkənin siyasi yönəldiciləri və digər müttəfiqlərlə görüşlər keçirən xanımı nazir Hollandiyadan olan nazir həmkarı ilə bir araya gəlib.

Hər iki nazir də Rusiya tərəfindən “Ukraynada ciddi müharibə cinayətlərinin işləndiyini” dilə gətiriblər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info