Almaniya səfiri: “İqtisadiyyatın diversifikasiyası istiqamətində Azərbaycanı dəstəkləməyə hazırıq”

  • By admin
  • 04 Oktyabr 2016 19:25

al

 

“Almaniya şirkətləri Azərbaycanı iqtisadiyyatın diversifikasiyası istiqamətində dəstəkləməyə hazırdır”.

APA-nın məlumatına görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib. O bildirib ki, Almaniyanın kiçik və orta biznes müəssisələri dünyada məşhurdur: “Onlar üçün Ticarət Palatasının olması çox vacibdir. Bununla işgüzar dairələr arasında əlaqələr genişlənər. Biz dayanıqlı və uzunmüddətli münasibətləri inkişaf etdirə bilərik. Bu, ticari əlaqələrin və ticarət həcminin inkişafına da gətirib çıxaracaq, digər tərəfdən də, iqtisadiyyatın şaxələnməsinə öz töhfəsini verəcək”.

 

Gununsesi.info