Göygöldə 21 yaşlı qızı maşın vurub

  • By admin
  • 04 Oktyabr 2016 19:20

Piyadani Vurdu

 

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Apa-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon sakini 1995-ci il təvəllüdlü Cananə Quliyeva yolu keçmək istəyərkən avtomobillə vurulub. Müxtəlif bədən xəsarətləri alan qız Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına  yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info