“Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır” - MÖVLUD ÇAVUŞOĞLU

  • Müəllif: admin
  • 25 Avqust 2017 17:50

movlud-cavushoglu

Almaniya Türkiyəyə münasibətdə yol verilən çərçivədən kənara çıxır.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabrielin son bəyanatını şərh edərkən deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Almaniya ilə münasibətləri korlamaq niyyətində deyil: “Lakin Berlindəki dövlət rəsmiləri də siyasi qiymət verərkən nəzakətli olmalıdırlar”.

Nazir əlavə edib ki, son günlər Almaniyada, xüsusilə seçki ərəfəsində bir çox populist bəyanatlar səsləndirilir.

Xatırladaq ki, Z.Qabriel Rəcəb Tayyib Ərdoğanın Türkiyəni Avropadan uzaqlaşdırmaq üçün hər şey etdiyini bildirib.

Gununsesi.info