Almaniya yenidən Avropa çempionu oldu

  • Müəllif: admin
  • 01 İyul 2017 07:50

avropa-futbol

U-21-lərdən ibarət yığma komandalar arasında Avropa Çempionatı başa çatıb.

Gununsesi.info-nun məlumatına görə, Polşada təşkil olunan AÇ-2017-nin finalında Almaniya və İspaniya yığmaları qarşılaşıb.

Həlledici matçın taleyini bir qol həll edib. Mitçell Vayzerin 40-cı dəqiqədə vurduğu yeganə qol almanlara qitə çempionluğunu qazandırıb.

Bu, “bundestim”in U-21 yığma səviyyəsində ikinci qitə çempionluğudur. İlk dəfə bu komanda 2009-cu ildə Avropanın ən güclüsü olmuşdu.

Qeyd edək ki, U-21-lərin Avropa birinciliyində ən çox çempion olan komanda İtaliya yığmasıdı (5 dəfə). Bu dəfə finalda uduzan ispanlar isə 4 dəfə qitə çempionu olublar.

Gununsesi.info