Almaniyada 179 mindən çox şəxs koronavirusa yoluxub

  • By admin
  • 27 May 2020 09:25

Almaniyada koronavirusa bir gündə 362 yoluxma halı qeydə alınıb.

Gununsesi.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.

Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 47 insan virusdan ölüb.

İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 179 364 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 349 pasiyent ölüb.

Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 458 nəfərin virusa yoluxması təsdiqlənib.

Şimali Reyn-Vestfaliyada 37 541, Baden-Vürtemberqdə 34 500 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 673 yoluxma qeydə alınıb.

 

 

Gununsesi.org