Almaniyada bina yanıb - ÖLƏNLƏR VAR

  • By admin
  • 03 Dekabr 2017 21:36

Almaniyada çoxmənzilli yaşayış binasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb. 

Gununsesi.info xəbər verir ki, hadisə Almaniyanın qərbindəki Saarbrüken şəhərində qeydə alınıb. Yanğın zamanı daha bir nəfər ciddi xəsarət alıb.

Yanğın bu gün axşam saatlarında baş verib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Gununsesi.info