Almaniyada F-16 qırıcısı qəzaya uğrayıb

  • Müəllif: admin
  • 08 Oktyabr 2019 19:55

Almaniyada F-16 qırıcısı qəzaya uğrayıb.

Gununsesi.org-un məlumatına görə, insident ölkənin qərbində Reynland-Pfaltsda baş verib.

Məlumata görə, pilot vaxtında katapult edib. Təyyarənin isə qeyri-yaşayış ərazisində düşdüyü qeyd edilir, bu səbəbdən qəza nəticəsində insan tələfatı olmayıb.

Qəzanın baş vermə səbəbi isə məlum deyil. Faktla bağlı araşdırma başlanılıb.

 

 

Gununsesi.org