Almaniyada il ərzində məscidlərə 950 hücum faktı qeydə alınıb

  • By admin
  • 03 Mart 2018 21:18

Ötən il ərzində AFR-də müsəlmanlara və məscidlərə 950 dəfə hücum olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, hücumlar nəticəsində 33 nəfər xəsarət alıb.

Hakimiyyət orqanları məscid və digər müsəlman idarələrində vandalizmlə müşayiət olunan 66 təhqiramiz yazı aşkarlayıb.

Demək olar ki, bütün hücum faktlarında tutulanlar sağ ekstremistlər olub.

Bildirilir ki, 2017-ci ildə hücum faktları digər illərə nisbətən artıb.

Almaniyanın Müsəlman Mərkəzi Şurasının sədri Ayman Mazyek deyib ki, bu, ancaq rəsmi rəqəmlərdir və həqiqəti əks etdirmir.

2017-ci ildə Almaniyada 4,7 milyon nəfər müsəlman qeydiyyatdan keçib ki, bu da əhalinin 5 faizi deməkdir. Onlardan 65 faizi sunni, 7 faizi şiə, 13 faizi ələvilərdir.

Gununsesi.info