Şəmkir və Göyçayda yanğın olub

  • By admin
  • 03 Mart 2018 21:30

Şəmkir və Göyçay rayonlarında yanğın hadisələri qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Keçili kəndində ümumi sahəsi 20 m2 olan köməkçi tikilidə (hal-hazırda təmir işləri aparılır) yanğınla nəticələnən partlayış baş verib. Hadisə zamanı tikilinin pəncərə şüşələri sınmış, divarları qarsalanmış və tikiliyə bitişik yığılmış 16 ton ot bağlamasının 4 tonu yanmışdır. Partlayış zamanı evdə olan 1 nəfər müxtəlif yanıq xəsarətləri alıb. Köməkçi tikili, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Göyçay rayonu, Potu kəndində ümumi sahəsi 25 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info