Dəniz sahilindəki evlər təxliyyə edilə bilər - SƏBƏB

  • By admin
  • 03 Mart 2018 21:44

ABŞ-da tufan səbəbi ilə 5500-dən çox uçuş ləğv edilib.

Ölkənin şimal-şərqində dünən səhər saatlarından güclü külək, tufan və şiddətli yağış müşahidə edilir.

Hava şəraiti ilə əlaqədar olaraq 5536 uçuş ləğv edilib, 17 min səfərdə isə gecikmə olub. Nyu-Yorkun Con F.Kennedi Beynəlxalq Hava limanında yerli saatla saat 23:00-dan etibarən 462 uçuşun ləğv edildiyi bildirilib.

Ölkənin ən böyük dəmiryolu şirkətindən Amtrak isə Nyu-York və Boston şəhərləri arasında qatar səfələrinin də ləğv edildiyini açıqlayıb.

Bu ana qədər tufan səbəbindən ən azı 5 min nəfər ölüb, 1 milyondan çox insan isə elektriksiz qalıb. Tufan ən çox ölkənin Massaçauets ştatının Boston şəhərinə mənfi təsir edib.

Bostonda dənizdə qabarıqlıq artıb, sel fəlakəti ilə bağlı xəbərdarlıq edilib. Dalğanın hündürlüyü rekord həddə yüksəlib. Şəhərdə 440 min nəfər elektriksiz qalıb.

Vaşinqtonda cümə günüdən dövlət qurumları və məktəblər bağlanıb. Rəsmilər dəniz sahillərində yaşayan əhalinin hər an təxliyyə edilməsi ilə bağlı hazır vəziyətə gətirilir.

Gununsesi.info