Almaniyada metro qəzası –  35 yaralı

  • Müəllif: admin
  • 03 Aprel 2018 21:57


Almaniyanın Duysburq şəhərində “Auf dem Damm” metro stansiyasında qəza baş verib.

Gununsesi.info xəbər verir ki, qatarlardan biri eyni xətdə hərəkət edən başqa qatara çırpılıb.

Hadisə nəticəsində 2-si ağır olmaqla 35 nəfərin yaralandığı bildirilir. Qəza yerinə çoxlu sayda təcili yardım və polis cəlb edilib.

Qəza səbəbindən stansiyanın fəaliyyəti dayanıb.

 

Gununsesi.info