Almaniyada növbəti terror aktı: terrorçu ölüb, 12 nəfər isə yaralanıb

  • By admin
  • 25 İyul 2016 10:53

munhen0

 

Almaniyanın Ansbax şəhərində baş verən terror aktı nəticəsində 12 nəfər yaralanıb, terrorçu isə ölüb. Ölən terrorçu 27 yaşlı suriyalıdır. Gununsesüi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə iyulun 24-də axşam yerli vaxtla 22.00-da Ansbax şəhərinin restoranlarının birində baş verib. İlkin məlumata görə partlayışı 27 yaşlı suriyalı özü törədib. Bavariya polisinin şefi İoxann Herman suriyalının belə bir aktı həyata keçirməsinə səbəb bir il öncə ona qaçqınlıq statusunun verilməməsi ilə izah edib. Suriyalı ona qaçqın statusu verilməməsi ilə bağlı özünə suiqəsd edib, ancaq onun bu addım atmasına imkan verilməyib . Bununla belə polis bu gəncin hər hansı terrorçu təşkilatla əlaqəsinin olmasını da istisna etmir. İ.Hermann deyib ki, ona məxsus telefon tapılb: “Hazırda telefon danışıqları araşdrlr. Qarşıdakı bir neçə saatda hər şey bəlli olacaq”. Bundan əlavə olaraq hadisə yerində xeyli sayda metal əşyalar tapılıb.

 

Gununsesi.info