Almaniyadan sərt xəbərdarlıq: “ƏRDOĞANI  DƏSTƏKLƏYƏNLƏR ÖLKƏNİ TƏRK ETSİN”

  • Müəllif: admin
  • 22 Aprel 2017 12:55

hyhj26

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, almanlar türklərə qarşı kampaniya başladıb. Almaniyadakı türklərin yaşadığı evlərin poçt qutusuna atılan məktublar türklərdə narahatlıq yaradıb. Təhdid məktublarında “Ərdoğanı dəstəkləyənlər ölkəni tərk etsin” ifadəsi yer alıb.

1974-cü ildən Almaniyada yaşayan və sözügedən ölkənin vətəndaşı olan Halis Özdoğan bu barədə Türkiyə mətbuatına xəbər verib. O, illərdir ki, türklərin almanlarla birlikdə sülh şəraitində yaşadıqlarını bildirib. Poçt qutusuna təhdid məktubu qoyulan Özdoğan buradakı türklərin düşdükləri vəziyyətdən olduqca narahat duyduqlarını qeyd edib. O, həmçinin, Ərdoğanın ünvanına işlədilən mənfi rəylərə görə üzüldüklərini dilə gətirib.

Gununsesi.info