Almaniyaya müacirət edən jurnalist çadırda qalır - "NƏ QƏDƏR DÖZƏCƏYİK BİLMİRƏM"

  • By admin
  • 29 Oktyabr 2016 17:19
ferahim
“APA-Holdinq”in və “Yeni Müsavat”ın keçmiş əməkdaşı Fərahim İlqaroğlu Almaniyaya mühacirət edib. Bu barədə Abzas.net-ə jurnalistin özü açıqlama verib. Fərahim İlqaroğlu bildirib ki, başına gələn son hadisələrdən sonra ölkədən getmək qərarına gəlib: “Xüsusən də işlə bağlı müraciət etdiyim yerlərdə bildirdilər ki, yüksək səviyyədə tapşırıq var, səni heç yerdə işə götürməyəcəklər”.
Jurnalist deyir ki, ailəsinə və özünə təhlükə hiss edib və ailəsinin təhlükəsizliyini təmin etməli idi: “Ona görə məcbur olub Almaniyaya gəldim. Burada şəhərlərin birində qaçqın düşərgəsində qalırıq”.
Jurnalist miqrantlar üçün olan prosedurları keçməklərini gözlədiklərini bildirib: “Suriya və İraqdan gələn qaçqınlarla bir yerdəyik, çadırlarda qalırıq. Vəziyyət elə də yaxşı deyil. 8 aylıq övladımla gəlmişik, səhətində də ciddi problemlər var, nə vaxta qədər dözəcəyik, Allah bilir”.
Fərahim İlqaroğlu bildirib ki, 6 ay müddətində onların müraciətinə cavab verəcəkləri deyilib. O qeyd edib ki, həmin müddətdə bir neçə düşərgəyə transfer olunacaqlar, o baxımdan onu və ailəsini xeyli çətinliklər gözləyir.