
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin növbəti iclası keçirilib. İclasda təşkilat məsələləri, ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunub. Gununsesi.info-nun məlumatına görə, təşkilat məsələlərinin müzakirəsi çərçivəsində Yaşar Kələntərli BAXCP-nin baş katibi vəzifəsinə təyin olunduğu üçün Ali Məclisin sədri vəzifəsindən istefa verdiyini bəyan edib. Səsvermə nəticəsində Yaşar Kələntərlinin istefası qəbul olunub və BAXCP Ali Məclisinin sədri vəzifəsinə namizədlərin irəli sürülməsinə başlanılıb. İrəli sürülən təkliflərə və səsvermənin nəticəsinə əsasən BAXCP Ali Məclisinin elm və təhsil komitəsinin sədri Vaqif Abışov BAXCP Ali Məclisinin sədri seçilib. Daha sonra Ali Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Səsvermə nəticəsində Nərmin Əzizova Ali Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri seçilib.












