Dövlət İmtahan Mərkəzi (DİM) AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlara müraciət edib.
Gununsesi.info Trend-ə istinadən bildirir ki, DİM-dən verilən məlumata görə, AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.
AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında “Cədvəl 2”-də (səh. 5-7) verilib.













