Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək

  • Müəllif: admin
  • 07 İyun 2018 12:19
İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.Gununsesi.info “Report”a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliynin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcək.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.