AMEA-da yeni təyinat

AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına yaradılan Elektron Akademiya şöbəsinə təyinat olub. 

Gununsesi.info  xəbər verir ki, şöbəyə müdir olaraq Fariz Həşimov təyin edilib.

Bu haqda Milli Məclisin Elm və təhsil komitəsinin iclasında millət vəkili İsa Həbibbəyli məlumat verib. O əlavə edib ki, Moskvada təhsil alan F. Həşimov bir neçə dil bilir və fizika-riyaziyyat elmlər doktorudur.

Qeyd edək ki, adıçəkilən şöbə qurumda sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən gün yaradılıb.

Gununsesi.info