AMEA-dan Qulu Məhərrəmli açıqlaması

  • By admin
  • 06 İyun 2016 14:09

AMEA

“Qulu Məhərəmmlinin AMEA_Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verməsiylə bağlı müraciətinə bu gün baxıdı və müsbət cavab verildi”.

 

Bu barədə gununsesi.info-ya AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən Möhsün Nağısoylu məlumat verib. O bildirib ki, professor Qulu Məhərəmli öz istəyi ilə institutda tutduğu vəzifədən azad olunub: “Qulu Məhərəmlinin əmək kitabçasında işdən az xahişiylə azad olunmasıyla bağlı müvafiq qərar öz əksini tapacaq”-, deyə Möhsün Nağısoylu bildirib. Xatırladaq ki, iyunun 2-də telekommunikasiya professoru, telejurnalist Qulu Məhərrəmli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri vəzifəsindən istefa verdiyini açıqlayıb. İnstitutdan öz istəyilə uzaqlaşmaq istədiyini deyən Q.Məhərəmlinin sözlərinə görə, ərizə yazıb rəhbərliyə təqdim etsə də, hələlik ərizəyə baxılmayıb. O, işdən ayrılmasının səbəbini belə izah edib: “Bir institutda nə qədər işləmək olar? Tofiq Hacılı rəhmətə gedəndən sonra da demişdim ki, artıq bu institutda işləməyin bir mənası qalmayıb”.

Gülnaz Qənbərli