“Amerika qoşunları müharibəyə hazır deyil” - GENERAL

  • By admin
  • 20 İyun 2016 10:39

American Army

ABŞ generalı  Deniel Ellin bu ölkənin qoşunları barəsində diqqətçəkən fikirlər səsləndirib. Gununsesi.info xəbər verir ki,

xəbər verir ki, ABŞ ordusu getdikcə zəifləməkdədir.

İyunun 15-də Amerika Silahlı Qüvvələrinin yaradılmasının 241 illiyi qeyd edildi. Lakin qəzetin yazdığına görə, bu, kifayət qədər böyük müddət olmasına baxmayaraq ordu öz gücünü itirməkdədir.

Amerika Hesablama Palatasının verdiyi rəyə görə, qoşunlar köhnə texnologiyadan istifadə edir.

ABŞ hərbi kontingenti Əfqanıstan, İraq və Avropada yerləşdirilib. Genişmiqyaslı tapşırıqlar və çağırışlar qoşunların döyüş hazırlığında ciddi problemlər yaradıb, ABŞ qoşunlarının yalnız üçdə biri döyüş əməliyyatlarına hazır vəziyyətdədir.

Bu fikirləri Amerika qoşunlarında xidmət edən geneal Deniel Ellin səsləndirib.

“Lakin problem yalnız döyüş hazırlığının aşağı səviyyədə olması ilə bitmir. Soyuq müharibə başa çatdıqdan sonra hərbi qulluqçuların sayı iki dəfə azalaraq 770 min nəfərdən 481 minə qədər düşüb. Dövlət daha 30 min nəfəri ixtisar etməyi planlaşdırır.

Ellin qeyd edib ki, büdcə vəsaitlərinin çatışmazlığı üzündən qoşunların silahlarının müasirləşdirilməsi prosesi dayandırılıb. 100 mindən çox hərbçi hərbi əməliyyatların keçirildiyi zonalara göndərilə bilmir, buna görə də qoşunların real sayı 380 min nəfər təşkil edir. Bunlardan yalnız 162 min nəfəri hərbi əməliyyatlara cəlb edilməyə hazır vəziyyətdədir. Qalan hissə ciddi təhdidlərə və qaynar döyüş əməliyyatlarına cavab verməyə hazır vəziyyətdə deyil”,- deyə general vurğulayıb.

 

(Ölkə.az,  “The National Interest”)