Amerikada xaos: Ölkə boyunca bütün uçuşlar dayandırıldı

  • By admin
  • 11 Yanvar 2023 20:43

Amerikan Federal Hava İdarəsi ölkə çapında gerçəkləşən bir fasilə səbəbindən, ölkədəki bütün uçuşların dayandırıldığını açıqladı.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yolçular üçün səyahət xaosuna yol açan bu fəlakətli sistem xətasının yaşanmasından sonra olub. Yaşanan sistem xətasının ardından uçuşlar müddətsiz olaraq dayandırılıb.

Sistemlə bağlı ilk dəfə 10 yanvar tarixində açıqlama edilib. Bundan sonra problem həm ölkə içi, həm də ABŞ xaricinə təsir edərək böyüyüb.

Hava Nəqliyyatını İdarəetmə Mərkəzi sərnişinləri uzun gecikmələrin ola biləcəyi ilə bağlı xəbərdar edib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info