Amerikalı alimlər insanlara itirilmiş xatirələri qaytara biliblər

  • By admin
  • 02 Dekabr 2016 22:23

b_350_271_16777215_0___images_stories_00000001dekabr_xatireler_6

 

Bir qrup amerikalı neyrofizioloq insanlara itirilmiş xatirələri qaytara biliblər.

Alimlər bunun üçün bir qrup könüllü üzərində təcrübələr həyata keçirib.

Məqalədə qeyd olunur ki, təcrübə zamanı könüllülərə müxtəlif insan üzləri, sözlər və həndəsi fiqurlar olan şəkillər göstərilib. Daha sonra bioloqlar həmin şəxslərə digər görüntülər nümayiş etdiriblər.

Nəticədə təcrübədən keçirilənlər ilk görüntüləri unutduqda alimlər maqnit sahəsinin köməyi ilə əsəb hüceyrələrini stimullaşdırmağa çalışıblar.

Məlum olub ki, bu stimullaşdırma prosesləri əsəb hüceyrələrinin dərhal impuls mübadiləsi həyata keçirməsinə səbəb olub. Nəticədə əvvəlcə silinən görüntülər yenidən yaddaşda bərpa olunub.

 

Gununsesi.info