Amerikalı həmsədr: “Planımız yoxdur…”

  • By admin
  • 12 İyul 2016 11:56

uorlik

 

“Həmsədrlərin regiona təcili səfərlə bağlı planları yoxdur, lakin biz tərəflərlə mütəmadi əlaqələrimizi davam etdirəcəyik”.

Gununsesi.info-nun məlumatına görə, bunu APA-ya açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O, bildirib ki, iyulun 11-də Vyanada keçirilən görüşdə həmsədrlər Minsk Qrupu üzvlərini aparılan danışıqlar, o cümlədən ABŞ dövlət katibi Con Kerrinin NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri ilə görüşü və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda təşkil etdiyi sammit barədə məlumatlandırıblar: “Həmsədr ölkələr hərtərəfli sülh sazişinin imzalanması istiqamətində substantiv danışıqlar üzrə irəliləyişin əldə olunması, ATƏT-in monitorinq missiyasının genişləndirilməsi və araşdırma mexanizmləri ilə bağlı təkliflərin yekunlaşdırılması üçün tərəflərlə yüksək səviyyəli səylərini davam etdirəcək”.

Gununsesi.info