“Kamaz”lar toqquşdu: ölən və yaralanan var

  • By admin
  • 12 İyul 2016 12:00

kamaz

 

Qaradağ rayonunda Kamaz markalı avtomobillərin toqquşması ölümlə nəticələnib. Gununsesi.info xəbər verir ki, Telman Mehdiyev idarə etdiyi Kamazla hərəkətdə olarkən yol kənarında təmirə dayanan Səfər Əhmədova məxsus Kamaza arxadan çırpılıb. Zərbənin təsirindən sürücü Telman Mehdiyev hadisə yerində dünyasını dəyişib, sərnişin 20 yaşlı Cahangir Həmənov ağır xəsarətlər alıb. Kamazda sıxlığı vəziyyətdə qalan meyiti və yaralını maşından FHN-nin xilasedicilər çıxarıblar.

Hadisə yerində polis əməkdaşları olublar.

Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.

 

Gununses.info