Amerikalı milyarder xeyriyyəçiliyə 27 milyard xərcləyib

  • By admin
  • 12 İyul 2017 00:07

milyarder

Gununsesi.info bildirir ki, dünyada 76,3 mlrd. ABŞ dolları vəsaitlə 4-cü ən zəngin insan olan amerikalı investor Uorren Baffet 2006-cı ildən indiyədək 27,54 mlrd. dolları vəsaitini müxtəlif xeyriyyə cəmiyyətlərinə bağışlayıb.
O, son 11 ildə ən çox ianəyi dostu Bil Geytsin (Bill Gates) cəmiyyətinə verib. “Bill and Melinda Gates Foundation”a ianənin həcmi 21,9 mlrd. dollar təşkil edib. İanələrdən sonra U.Buffetin şirkətindəki payı 17%-ə enib. Bağışladığı vəsaitin həcmi isə şirkətin 40%-ni təşkil edib.