“Amerikalıları qorumaq üçün islahatlar keçirmək lazımdır” - TRAMP

  • By admin
  • 12 Dekabr 2017 09:00

Dekabrın 11-də Nyu-Yorkda törədilən terror aktı bir daha nümayiş etdirdi ki, ABŞ Konqresi amerikalıları qorumaq üçün müvafiq islahatlar həyata keçirməlidir, o cümlədən miqrasiya sahəsində.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı vasitəsi ilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu zərərli sistemin ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına vurduğu zərər çoxdan bəllidir”, bəyanatda deyilir.

Qeyd edək ki, dekabrın 11-də Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. 27 yaşlı Akayed Ullah 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır. O, ifadəsində ABŞ-ın Suriya və İraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə həyata keçirdiyini bildirib.

Gununsesi.info