Tacikistanda zəlzələ baş verib

  • Müəllif: admin
  • 12 Dekabr 2017 08:45

Tacikistanda 4,5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri paytaxt Düşənbədən 118 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Gununsesi.info