Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

13 Fevral 2018 - 17:40

AMİP prezident seçkilərində iştirakdan imtina etdi

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyadan Gununsesi.info-ya verilən məlumata görə, 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın iştirak məsələsi iclasın müzakirəsinə çıxarılıb.

Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 apreldə keçiriləcək növbədənkənar seçkilərdə partiyanın iştirakını məqsəduyğun saymayıb.

Bildirilib ki, hazırki qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resuruslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermır.

AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da məhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir.

Gununsesi.info