Ana 4 övladını qətlə yetirib - ONLARIN ÜZƏRİNƏ BETON TÖKƏRƏK ÖLDÜRÜB

  • By admin
  • 22 Noyabr 2017 10:50

Dəhşətli cinayətlər törədən qadın illər sonra polisə gedərək 4 övladını qətlə yetirdiyini deyib.

Gununsesi.info-nun publika.az-a istinadən verdiyi məlumata görə, 53 yaşlı Yaponiya vətəndaşı Mayumi Saito ölkənin qərb istiqamətində yerləşən Osaka əyalətində yaşayır. Qadın polis məntəqəsinə gedərək cinayətlərini etiraf edib və təslim olub.

Polisə verdiyi ifadəsində, qadın 1992-1997-ci illərdə dünyaya gətirdiyi körpələrini yaşadığı binanın aşağı hissəsində üzərlərinə beton tökərək basdırdığını deyib: “Maddi vəziyyətim yerində deyildi. Onlara baxa bilmirdim. Əziyyət çəkərək, acından öləcəkdilər. Anayam, onların əziyyət çəkməsini istəmədim”.

Polis əməkdaşları ərazidə əməliyyat-axtarış tədbirləri keçirərkən, həqiqətəndə orada çürümüş cəsəd qalıqlarına rast gəliblər.

Qadının yaxınları ilə əlaqə yaratmağa çalışılsa da, heç bir nəticə olmayıb. Polislər 53 yaşlı qadını həbs edib.

Faktla bağlı cinayət işi açılıb.

Gununsesi.info