Ana südü uşaq ölümlərini azaldır – VALİDEYNLƏRİN NƏZƏRİNƏ !

  • By admin
  • 25 Avqust 2021 23:29

“Dünyada ana südünü əvəz edə biləcək süni qida yoxdur”.

 

Gununsesi.info  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

 

Baş pediatr bildirib ki, həkim təyinatı olmadan uşağa süni qida verilməməlidir:

 

“Hər uşağa uyğun olan qida verilməlidir. Ana südü uşaq ölümlərini azaldan amillər içərisində ən əsas komponentlərdən biridir. Bütün dünyada birinci yerdə ana südüdür. Üçüncü yerdə isə peyvəndlər gəlir. Valideynlər süni qidaları uşağa verəndə yaxşı-yaxşı düşünüb, sonra bu addımı atmalıdır. Ananın südünün kəsilməsinin səbəbləri araşdırılmalıdır. Hansı həkim desə ki, bu süni qida ana südünü əvəz edə bilər, tamamilə yalandır. Məcbur qaldıqda, həkim yalnız ana südünü əvəz etmək süni qida tövsiyə edə bilər”.