ANAMA Ağalıda təlim keçdi

  • By admin
  • 12 Sentyabr 2022 18:55

Zəngilan rayonunun erməni işğalından azad olunan və azərbaycanlı məcburi köçkünlərin qayıtmağa başladığı Ağalı kəndində mina təhlükəsizliyi ilə bağlı təlim keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tviterdə məlumat yayıb.

Təlim xüsusi nümayəndəliyin təşkilatçılığı ilə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən keçirilib.

Gununsesi.info