Anar Bağırov: "Qanunvericilikdə "şablon vəsatət" ifadəsi yoxdur"

“Qanunvericilikdə “şablon vəsatət” ifadəsi mövcud deyil. Əsaslı və əsassız vəsatətlər var. Əsaslı vəsatəti təbii ki, məhkəmə təmin etməlidir. Vəsatət əsassız olduqda isə rədd olunmalıdır. Lakin məhkəmə vəsatəti niyə rədd etdiyini də əsaslandırmalıdır”.

Gununsesi.info xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, vəsatət vəkil üçün məhkəmə prosesində ən ciddi silahlardan biridir: “Vəsatət vermədən ədalət mühakiməsinə nail olmaq mümkün deyil”.

“Şablon ifadəsi isə qanunvericilikdə mövcud olmadığı üçün bu ifadəyə münasibət bildirə bilmərəm”, – sədr qeyd edib.

 

 

Gununsesi.info