Anar Kərimovdan daha bir TƏYİNAT

  • By admin
  • 03 Sentyabr 2020 17:31

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Xələfbəyli Səadət Vaqif qızı nazirliyin tabeliyində olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib.

Məlumat üçün bildirək ki, Səadət Xələfbəyli 2001-2003-cü illərdə Mədəniyyət Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin aparıcı və baş mütəxəssisi vəzifələrində işləyib.

2003-2018-ci illərdə xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində administrativ işlər, viza, miqrasiya və konsulluq məsələləri üzrə müşavir və baş müşavir vəzifələrində çalışıb.

Gununsesi.info