Anbar yandı: 5 nəfər öldü

  • By admin
  • 25 İyun 2016 14:15

Fire

 

Çinin Tszyansu əyalətində anbarda baş verən yanğın 5 nəfərin ölümü ilə nəticələnib.

Gununsesi.info xəbər verir ki, yanğın Suçjou şəhərində yerləşən mebel anbarında baş verib.
Hadisə yerinə gələn yanğınsöndürənlər binadan 5 nəfəri çıxarsa da, sonradan onlar aldıqları ağır yanıq xəsarətlərindən həyatını itirib.
Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır. Ümumilikdə 200 kv.m sahə yanıb.  (“Report”)