“Ancaq ordumuza güvənməliyik” - ZELENSKİ

  • By admin
  • 12 Fevral 2022 19:50

Ukrayna prezidenti Vladimir Zelenski düşmən üçün ən böyük dostun ölkədə baş vecə biləcək panika havasının olduğunu söyləyib.

Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə o, Xerson vilayətindəki çıxışında danışıb.

Bununla ölkə başçısı Rusiyanın bu həftə hücum edəcəyi ilə bağlı ABŞ kəşfiyyatının məlumatına da reaksiya göstərmiş olub.

Prezident Zelenskinin sözlərinə görə, hazırkı anda Ukrayna bir dövlət kimi yalnız özünə və hərbçilərinə güvənməlidir.

Vladimir Zelenski istənilən riskə hazır olduqlarını da əlavə edib. “Bizim də kəşfiyyatımız var, özü də bizimklər digər ölkələrin təhlükəsizlik orqanlarından heç də pis işləmirlər”, -deyə, oqeyd edib.

 

 

Gununsesi.info