Ankara alman deputatlara “İncirlik”-lə bağlı qadağa səbəbini açıqladı

  • By admin
  • 23 İyun 2016 13:14

chAVUSHOGHLU

 

Ankara alman parlamentarilərin “İncirlik”-ə buraxılmamasına aydınlıq gətirdi.

 

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı deyib ki, siyasətçilərin “İncirlik” aviabazaya buraxılması məqsədəuyğun hesab edilmir. Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, nazir M. Çavuşoğlu qeyd edib ki, siyasilərdən başqa, texniki heyətlərin gəlişində heç bir problem yoxdur. “Sadəcə, texniki heyətdən başqa hərbiçi olmayan, xüsusən də siyasilərin İncirliyə gəlişi məqsədəuyğun sayılmır”, – deyə nazir vurğulayıb.