Ankara-Moskva münasibətlərində hansı azərbaycanlı nazirlərin və iş adamlarının rolu olub

  • By admin
  • 13 Oktyabr 2016 10:43
nazarbayev
Mövlud Çavuşoğlu Ankara Moskva münasibətlərinin normallaşmasında müstəsna rol oynayan azərbaycanlı nazirlərin adını açıqladı.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Şavuşoğlu “Sputnik-Türkiyə”-yə açıqlamasında Ankara-Moskva münasibətlərinin normallaşmasında rol oynayan  ölkələrin və insanların adlarını  dilə gətirib.
M.Çavuşoğlunun sözlərinə görə, biz dəfələrlər bəyan etmişik ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında  ən əsas rolu Azərbaycan prezidenti İlham Əliyev və Qazaxstan prezidenti Nursultan Nazarbayev oynayıb. “Adı çəkilən hər iki ölkə Türkiyə ilə qardaş və dost ölkələrdir. Azərbaycan və Qazaxstan Türkiyə-Rusiya  əlaqələrinə  böyük önəm verir və buna görə də əlaqələrin qurulmasına öz səylərini göstərdilər.  Hər iki ölkəyə göstərdiyi səylərə görə, bir daha hər iki qardaş ölkəyə minnətdarlığımızı bildiririk”- deyə, nazir vurğulayıb.
trend_kemaleddin_heydarov_02
Bununla belə Çavuşoğlu deyib ki, Ankara-Moskva münasibətlərinin  düzəlməsində Fövqəladə hallar naziri Kəmaləddin  Heydərov  və xarici işlər naziri Elmar Məmmdəyarovun da adını çəkib. “Azərbaycanın FHN  başçısı var Kəmaləddin Heydərov, mənim yaxın dostumdur. Kəmaləddin Heydərov  bizimlə bir sıra  rusiyalı dostlarla  görüşümüzü təşkil etdi. Hansı ki, onları mən də tanıyıram. Və bu görüşdəbiz münasibətlərin normallaşdırılması istiqamətində hası addımları ata bilərik”.
elmar
Çavuoğlu həmçinin Rusiyada  yaşayan azərbaycanlı  Fərhad Əhmədovun da adını çəkib. Çavuşoğlu Fərhad Əhmədovla yaxın dost olduğunu  və Azrbaycan, Rusiya, Türkiyəni də sevən bir şəxsdir. Əlaqələrin  düzəlməsində bu şəxsin də rolunu yaddan çıxarmaq olmaz. Çünki Fərhad Əhmədov prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə  məktub yazmasını və nümayəndə heyətinin göndərilməsini təklif edib. O bildirdi ki, məktub, çoxsaylı nümayəndə heyətinin keçridiyi görüşlərdən daha çox rol oynayacaq. Ona görə də, biz ona  böyük minnıtdarlığımızı bildiririk. Odur ki, biz  daha çox dostlarımızın olmasını istəyirik”- deyə, M.Çavuşoğlu bildirib.
ferhad
Çavuşoğlu bunlarla yanaşı Tatarstan Respublikasının prezidenti Rustam Minnixanov, Dağıstanın rəhbəri Ramazan Abdulatipov Ankara-Moskva münasibətlərinin normallaşdırlmasındakı rolunu dilə gətirib.
Hazırladı Mürtəza 
Gununsesi.info