Ankarada məktəbliləri daşıyan mikroavtobus aşıb - VİDEO

  • By admin
  • 11 Dekabr 2022 09:08

Türkiyənin paytaxtı Ankarada məktəbliləri daşıyan mikroavtobus yol kəsişməsində qəza törədərək aşıb.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə vaxtı mikroavtobusda sürücü, bir valideyn və iki yeniyetmə olub.

Onların hamısı ətrafdakı insanların köməyi ilə təcili xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qəza nəticəsində heç kim ağır xəsarət almayıb.

Gununsesi.info