Ankarada üçtərəfli zirvə görüşü başladı - GÜNDEM SURİYADIR

  • By admin
  • 16 Sentyabr 2019 20:23

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Ankarada Çankaya köşkündə üçtərəfli zirvə görüşü başlayıb.

Gununsesi.org xəbər verir ki, “Türkiyə-Rusiya-İran” zirvəsində Vladimir Putin və Həsən Ruhani ilə danışıqlar aparılır.

Tərəflər birgə bəyanatla çıxış ediblər.

Putinlə Ərdoğan Suriyadakı böhran vəziyyəti, İdlibdəki vəziyyəti və bütün sahələrdə ikitərəfli əməkdaşlıqdan danışıblar.

“Suriyadakı böhrandan və onun tənzimlənməsindən, ikitərəfli əməkdaşlıqdan danışdıq”, – deyə Putin bildirib.

 

 

 

 

Gununsesi.org