Ankaradan önəmli addım: Türkiyənin müdafiə naziri və Baş Qərargah rəisi İraqda — FOTOLAR

  • By admin
  • 18 Yanvar 2021 16:41

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər İraqın paytaxtı Bağdadda səfərdədirlər.

Gununsesi.org xəbər ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

H.Akar İraqın müdafiə naziri Cuma Anad və digər yüksək vəzifəli şəxslərlə görüşəcək. Görüşlərdə əsasən terrorçuluq ilə mübarizədə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Gununsesi.org