“Yeni müharibə, yeni ərazilər” – Lavrov XƏBƏRDARLIQ ETDİ

  • By admin
  • 18 Yanvar 2021 16:32

Ermənistan tərəfindən verilən “yeni müharibə, yeni ərazilər” açıqlamaları gərginliyə səbəb olur.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Lavrov Qarabağla bağlı emosional açıqlamalara qarşı xəbərdarlıq edib: “Rusiya indi Ermənistanla Azərbaycan arasında etimad yaratmaqda maraqlıdır. Qarabağla bağlı emosional açıqlamalar əks nəticə verir. Ermənistan rəsmilərinin bəzi açıqlamaları da gərginliyə səbəb olur. Düşünürəm ki, bundan çəkinmək daha yaxşı olar. 44 günlük müharibə başlamazdan əvvəl Qarabağla və ya Qarabağdakı yeni müharibə ilə bağlı duyğu dolu ifadələrin şahidi olduq. Söz maddi gücə çevrilir. Bu vəziyyətdə fərqli tərəflərdən gələn sözlər mənfi maddi qüvvəyə çevrildi”.

Qeyd edək ki, Ermənistanın o zamankı müdafiə naziri David Tonoyan döyüşlərdən çox əvvəl “yeni müharibə və yeni ərazilər” barədə danışmışdı.

Gununsesi.info