
İyulun 17-də MTRŞ-nın qərarı ilə 1 aylıq qapanan ANS kanalın aparıcısı, tanınmış jurnalist tünzalə Rafiqqızı bu gündən etibarən SPACE kanalında işləyəcək.
Gununsesi.info-ya xəbəri təsdiqləyən parıcı bildirib ki, təklif kanal rəhbərliyindən gəlib: “Efirdə heç zaman ulduz xəstəliyinə tutulmasam da, “Ulduz kanalında işləyəcəm. SPACE-nin mənası kainat deməkdir. Kainatda isə günəşdən də böyük ulduzlar var. Çalışacam ki, mənə göstərilən etimadı doğruldum”-, deyə o bildirib.
Xatırladaq ki, bunadək T.Rafiqqızı ATV və ANS kanallarında aparıcı jurnalist işləyib.
Gülnaz Qənbərli
Gununsesi.info










