Aparat rəhbərinin arvadı da öldü - MƏMUR AİLƏSİNDƏ FACİƏ

  • By admin
  • 01 Noyabr 2016 10:00

sebruz

Abşeron rayonun Hökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən “Azəravtoyol” ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Mərhumun yaxınlarının Gununsesi.info-ya verdiyi məlumata görə bu gün Ş. Novruzovanın nəşinin Azərbaycana gətiriləcək.

Qeyd edək ki, hadisə oktyabrın 20-də Hökməli qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində M. Qurbanovun 3 yaşlı qızı Banıçiçək Qurbanlı ölüb, onun özü, həyat yoldaşı, 44 yaşlı Ş. Novruzova və digər qızı, 12 yaşlı Leyla Qurbanlı xəsarət alıblar. Respublika Yanıq Mərkəzinə yerləşdirilən şəxslərdən 44 yaşlı M. Qurbanovla Ş. Novruzovanın vəziyyəti ağır olduğundan onlar ailə üzvlərinin sifariş etdiyi helikopterlə Türkiyəyə aparılıblar. Lakin M. Qurbanov bir neçə gün əvvəl orada vəfat edib. Ş. Novruzova isə bu gecə ölüb.

Bədəninin 40 faizi yanan Leyla Qurbanlının müalicəsi davam edir.

Gununsesi.info